Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyindən (NCA) bildirilib.
Böyük Britaniya Milli Kriminal Agentliyinin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq.
Xatırladaq ki, Böyük Britaniya KİV-inin daha əvvəl bildirdiyi kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 15 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada aktivlərinin mənşəyinin təmizliyinin sübut edilməməsi səbəbindən aktivləri dondurulmuş ilk şəxs olub.
Böyük Britaniyada 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" qanuna əsasən, Britaniya hökuməti var-dövlətin aydın olmayan mənşəyi haqqında sorğu (Unexplained wealth orders, UWO) göndərmək hüququna malikdir, 50 min funt sterlinqdən artıq gəlir əldə edilməsinə dair aydın izahın olmaması isə aktivlərin dondurulmasına səbəb ola bilər.
BBC-nin məlumatına görə, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan "Harrods"da 16 milyon funt sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan "Gulfstream G550" özəl təyyarə alıb.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib.
Daha əvvəl Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı da başa çatıb.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...