Abel Məhərrəmovun “şou” iddiasına YAP-dan reaksiya: “Öz fikrini deyib”

Abel Məhərrəmovun “şou” iddiasına YAP-dan reaksiya:

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov işdən çıxarıldıqdan sonra ilk dəfə mətbuata danışıb.
Gundeminfo.az xəbər verir ki, keçmiş rektor medianı onun vəzifəsindən azad olunmasını “şouya çevirmək”də suçlayıb (“Report”).

Məhərrəmov indiki vəziyyətində media orqanlarına “tövsiyə” verməkdən də qalmayıb: “Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur”. Göründüyü kimi, adı şərab biznesində və hakimiyyətin ünvanına təhdid yağdırmaqda hallanan Məhərrəmov öz ətrafında baş verənləri “şou” hesab edir. Sabiq rektorun bu iddiasını Yenicag.az-a şərh edən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkil Aydın Mirzəzadə bu barədə geniş danışmağa ehtiyac görməyib: “Adını çəkdiyiniz şəxsin səsləndirdiyi fikirlərə münasibət bildirməyə ehtiyac görmürəm. O, öz fikirini deyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...