Azərbaycanlıların qatili Azərbaycana qaçmaq istəyir? - VƏKİLİNDƏN AÇIQLAMA

Azərbaycanlıların qatili Azərbaycana qaçmaq istəyir? -

Ermənistan İstintaq Komitəsinin Manvel Qriqoryanın Ermənistanı tərk edib Qarabağa gedəcəyini deməsi absurddur.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında general Manvel Qriqoryanın vəkili Levon Baqdasaryan deyib.

“Deyirlər ki, azadlıqda qalaraq o, Ermənistanı tərk edəcək. Mən də onlara deyirəm ki, o, hara gedə bilər? Deyirlər ki, Manvel Qriqoryan Qarabağa gedəcək. Rəsmən bəyan edirlər ki, həbs qətimkan tədbirini dəyişə bilmərik. Səbəb kimi onun Qarabağa gedəcəyini deyirlər, Qarabağdan isə onun Ermənistana geri göndərilməsi üçün hüquqi mexanizmlərin olmadığını söyləyirlər”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Manvel Qriqoryan sağlığında yaranan problemlərlə əlaqədar həbsdən azadlığa buraxılıb. Bundan sonra onun azadlığa buraxılmasına qarşı Eçmiədzin və Yerevanda mitinqlər başlayıb.

Manvel Qriqoryan azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Qriqoryan həbs edildikdən sonra onun müxtəlif silah anbarları aşkarlanıb. Bu anbarlar təkcə Eçmiədzində yox, həm də Qarabağda müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...