Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifədən çıxardı

Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifədən çıxardı

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfiri Aleksandr Mişenkonu vəzifəsindən azad edib.

Virtualaz.org bildirir ki, bu barəgə Ukrayna prezidentinin rəsmi saytı xəbər yayıb.

440/2018 saylı fərmanda deyilir: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviç tərəfindən təyin olunmuşdu. Daha öncə isə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...