Ukraynadakı səfirlikdə yoxlama başa çatdı - İş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi

Ukraynadakı səfirlikdə yoxlama başa çatdı -

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

BakuPost-un məlumatına görə, Kollegiyada dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin cari məsələlərə baxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...