Əli Həsənov “Qaçkınkom”dakı yoxlamalara aydınlıq gətirdi - AÇIQLAMA

Əli Həsənov “Qaçkınkom”dakı yoxlamalara aydınlıq gətirdi  -

Baş nazirin müavini Əli Həsənov Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində apardığı yoxlama və yol verilmiş qanunsuzluqlarla bağlı materialların Baş Prokurorluğa göndərilməsinə aydınlıq gətirib.

Ə. Həsənovun adından BakuPost-a təqdim edilən məlumatda bildirilir ki, Hesablama Palatası tərəfindən Baş Prokurorluğa yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ göndərilib. Məlumat Hesablama Palatası ilə dəqiqləşdirilib.

Qeyd edək ki, dünən Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2016-1 aprel 2018-ci il dövründə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə edilib. Hesablama Palatasının Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılması və lüzumsuz xərclərə yol verilməsinin qarşısının alınması, dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədyönlü və qənaətli istifadə edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...