İşdən çıxarılan icra başçısına Prezident Aparatında VƏZİFƏ VERİLDİ

İşdən çıxarılan icra başçısına Prezident Aparatında

Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib.

Gundeminfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Razim Məmmədov Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Təyinatın dünən olduğu deyilir.

Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...