Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb

Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb

Rusiyanın keçmiş mətbuat naziri, 2015-ci ilin noyabrında Vaşinqtondakı “Dupont Circle” otelində müəmmalı şəkildə ölən Mixail Lesinin İspaniyada çoxsaylı mülkləri aşkar olunub. Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, 2015-ci ildə İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin 2009-cu ildə vəzifədən niyə azad olunduğu barədə informasiya toplayıb və Rusiya hakimiyyət orqanlarına sorğular verib. Belə ki, İspaniya hüquq-mühafizə orqanları Lesinin korrupsiya ilə bağlı işdən azad edilməsindən şübhələnirdi.

Müəmmalı şəkildə ölən keçmiş nazirin İspaniyada çoxsaylı mülkləri üzə çıxıb


Məlum olub ki, ispan hakimiyyəti İspaniya ərazisində Mixail Lesinə və onunla bağlı olan adamlara məxsus çoxsaylı mülklər, daşınmaz əmlak obyektləri aşkarlayıb. Həmin mülklər offşor firmalar üzərindən alınıb. Şübhə var ki, bu mülklərin alınması üçün “çirkli pullar” istifadə olunub.

Bundan əvvəl Rusiya mənbələri xəbər vermişdi ki, İspaniya hüquq-mühafizə orqanları Mixail Lesinin bu ölkədə cinayətkar yollarla əldə edilmiş gəlirləri leqallaşdırmasına dair təhqiqatı davam etdirməkdən imtina edib.

57 yaşında Vaşinqtondakı oteldə ölü tapılan keçmiş rusiyalı nazirin ölümü hələ də müəmmalı olaraq qalır. Versiyalardan birinə görə o, Rusiya hakim elitası ilə bağlı kompromatları Federal Təhqiqatlar Bürosuna verməyə razılaşmışdı və Vaşinqtona bu məqsədlə getmişdi. Lakin ona planını sona çatdırmağa imkan verməyiblər.

Ekspertiza keçmiş nazirin başında, boynunda və boğazında küt alətdən yaranan zədələr müəəyyən ediblər. Lakin bu zədələrin Lesinin bərk sərxoş halda yıxılaraq aldığı, yoxsa qətl əlamətləri olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bu günlərdə Lesinin ölümü ilə bağlı hesabat üzə çıxmışdı və məlum olmuşdu ki, keçmiş nazirin boynu, habelə dilaltı sümüyü sınıb. Lesin 2004-2009-cu illərdə Rusiya prezidentinin müşaviri olub, lakin Dmitri Medvedyev prezident olanda “dövlət qulluqçusu etikasını pozduğu üçün” işdən azad edilib. Məlumatlara görə Lesin öz statusundan bizneslə məşğul olmaq üçün istifadə edib.

Daha əvvəl-1999-2004-cü illərdə isə Lesin mətbuat naziri idi. Prezidentin müşaviri vəzifəsindən azad olunandan sonra o, nəhəng “Qazprom-Media” holdinqinin idarə heyətinə (2013-cü ildən 2015-ci ilin yanvarına qədər) başçılıq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...