“Müəllimlərə qəpik-quruş verib təhqir edirlər” – Xəzər Universitetinə ittiham

“Müəllimlərə qəpik-quruş verib təhqir edirlər” –

Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

"Yeni Sabah”ın məlumatına görə, M.Yaqub universitetlə bağlı ittihamlar səsləndirib.

Belə ki, onun sözlərinə görə, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

"Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, - deyə M.Yaqub qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...