Paşinyanın şok fiaskosu: Vyana bəyanatına nə saldırmaq istəyib?

Paşinyanın şok fiaskosu:

Erməni tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Nikol Paşinyanın verdiyi ilkin vədlərin hansısa formada yer almasına cəhd edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Qəzet Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Moskvaya məxfi səfərinin məhz bununla əlaqədar olduğunu bildirib:

“Bu tip bəyanatların əvvəlcədən hazırladığını nəzərə alsaq, o, rusiyalı həmsədrin yardımıyla yekun bəyanata bir sıra yumşaq və daha xoş tezislərin daxil edilməsinə cəhd göstərib. Lakin bu cəhdlər nəticə verməyib. Bizim məlumatımıza əsasən, Paşinyan nazirin bu fəaliyyətindən narazı qalıb. Mənbəmiz bildirir ki, hakimiyyət daxilində Mnatsakanyanın ilk ciddi imtahandan kəsildiyini düşünürlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...