Ermənistanda hərbçilər qəzaya düşdülər - 18 yaralı

Ermənistanda hərbçilər qəzaya düşdülər -

Aprelin 11-də Ermənistanda hərbçilər ağır yol qəzasına düşüblər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axşam saatlarında Mehri – Sirani yolunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Zil-131” markalı maşın aşıb, xeyli hərbçi yaralanıb.

Hadisə yerinə xilasetmə briqadası cəlb edilib. Məlumata görə, hərbçiləri daşıyan maşın yolun hərəkət hissəsindən çıxıb, qayaya çırpılıb və aşıb. Son məlumata görə, 18 hərbçi Mehri xəstəxanasına aparılıb, onlardan birinin vəziyyəti orta ağır kimi qiymətləndirilib. Digər hərbçilər yüngül xəsarət alıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...