Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri: “Bakıya qayıdım, həmin şəxsi tapıb sürüyəcəm”

Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri:

“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam. Jurnalistlər, azərbaycanlılar bunu bilmirlər ki, adi bir visit kartını böyüdüb, müzakirə edirlər?”.

Bu sözləri Modern.az-a sosial şəbəkələrdə visit kartının şəkli müzakirələrə səbəb olan Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev deyib. O bildirib ki, sosial şəbəkələrdə şəkli yayılan visit kartı illər öncə hazırlanıb:

“Bu lap çoxdan hazırlanmış “vizitka”dır. İndi kimsə Moskvadan həmin “vizitka”nın şəklini yayıb, Azərbaycanda mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıb. Hazırda Moskvadayam. Bakıya qayıdanda bunun kökünü tapıb, cəzasını verəcəyəm. Bizim ofisimiz Şəhidlər Xiyabanının yaxınlığında yerləşir. Elə həmin şəxsi də tapıb, Xiyabanda sürüyəcəyəm. Bu ancaq Moskvadan qaynaqlanıb. Mənə gücləri çatmır ki, qarşıma çıxsınlar”.

Müşfiq Əliyev deyib ki, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti bu günün deyil, 30 ilin təşkilatıdır:

“Mən ən güclü, ən savadlı jurnalistlə belə, polemikaya hazıram. Mən "Azərbaycan" deyib, "Heydər baba" deyib, fəaliyyətimi quran adamam, jurnalist müzakirəsinə ehtiyacım yoxdur. Camaat mənim Bakıda keçirdiyim tədbirləri, şəhid ailələri ilə bağlı təşəbbüslərimi müzakirə etsin. Onları niyə sosial şəbəkədə paylaşıb, müzakirə etmirlər?
Məni ulu öndərimiz, bütün xalq qiymətləndirib, şəhid ailələri, qaçqınlar müdafiə edirlər. Bizim işimiz o deyil ki, illər əvvəl çap olunmuş bir kağıza görə müzakirə açaq. Daha vacib işlərimiz var. O “vizitka”nı paylaşanlar qələt ediblər”.


Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri:
Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri:
Sosial şəbəkədə “vizit kartı” yayılan QHT sədri:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...