Deputatın adına 10 milyonluq obyekt aldığı xalq artisti danışdı

Deputatın adına 10 milyonluq obyekt aldığı xalq artisti danışdı
Müğənni Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Qusqa” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsində aydınlıq gətirib.

Məsələ ilə bağlı Kult.az-a danışan müğənni bildirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur. G.Məmmədova bildirib ki, yazılanlardan məlumatı var: “Yazılanların heç bir əsası yoxdur. Bu səbəbdən bu barədə danışmağa dəyməz”. Xatırladaq ki, Musavat.com-un əldə etdiyi məlumata görə, deputat Cavanşir Feyziyev sabiq deputat Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıb. Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. 3 nəfərdən birinin müğənni Gülyaz Məmmədova olduğu bildirilir. Digər iki nəfər isə Sücəddin Kərimov və Yelizaveta Əlizadə adlı şəxslərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...