Ağaclar ətrafındakı hasarlar sökülüb, sənədlər meriyada araşdırılacaq - Nizami RİH

Ağaclar ətrafındakı hasarlar sökülüb, sənədlər meriyada araşdırılacaq -
Bəzi saytlarda Q.Qarayev metrostansiyasının yaxınlığındakı ərazinin hasarlanması ilə bağlı verilən xəbərlərə cavab olaraq bildiririk ki, Abdullayev Nağı Əhməd oğlu və Qədimov İlham Ənvər oğlu Rayon İcra Hakimiyyətini məlumatlandırmadan Nizami rayonu, Qara Qarayev prospekti 32a ünvanında mövcud qeyri-yaşayış obyektinin yenidən qurulması üçün əraziyə mühafizə hasarı çəkməyə cəhd edərək tikinti işlərinə başlamaq üçün hazırlıq işləri görmüşdür.

Rayonun aidiyyəti xidmət sahələri tərəfindən həmin əraziyə çəkilən mühafizə hasarı sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır. Obyektin tikintisinə verilən sənədlərə yenidən baxılması üçün tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunmuşdur.

Bu məlumat Gundeminfo.az-a Nizami RİH-dən daxil olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...