“Qarabağ” 35 min manat xərcə düşüb azarkeşlərə bilet payladı

“Qarabağ” 35 min manat xərcə düşüb azarkeşlərə bilet payladı
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” klubu 700 bilet alaraq azarkeşlərinə paylayıb.

Bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov bildirib. Onun sözlərinə, klub qiyməti 50 manat olan biletləri əldə edib. Bu isə 35 min manat edir.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...