“Greencard” fırıldaqçıları sizi aldada bilər! - Səfirlik xəbərdarlıq etdi

“Greencard” fırıldaqçıları sizi aldada bilər! -

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci ilin “Greencard” Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda bildirilib ki, saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər:

“Bundan əlavə, yerli viza təşkilatları, “Greencard” lotereyasına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər.

Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...