Azad Rəhimov: 30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır

Azad Rəhimov: 30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır

Azərbaycan bundan əvvəl Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi böyük yarışlara ev sahibliyi edib. Ancaq belə futbol təşkilatçılığı Bakıda ilk dəfə keçiriləcək.

Bu fikirləri “Anadolu” agentliyinə açıqlamasında Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Bakıda iki böyük ingilis klubunun qarşılaşacağını, azarkeşlərin gərgin final izləyəcəyini bildirən A.Rəhimov azərbaycanlı futbolsevərlərin də bu matçı həyəcanla gözlədiyini qeyd edib.

Nazir qarşılaşmanın Azərbaycan futbolunun inkişafına töhfə verəcəyini, futbola marağın artacağını əlavə edib:

“Bakı UEFA Avropa Liqasının final oyununa hazırdır. 30 mindən çox əcnəbi azarkeş Bakıya gələcək. Bu, bizim üçün böyük sınaqdır. UEFA nümayəndələri stadiona baxış keçirib. 5 bal üzərindən 4,5 balla qiymətləndiriblər. Stadionun hər kvadrat metri düşünülərək inşa edilib. Bütün sistemlər problemsiz işləyir. Tərəflərin aeroportdan buraya rahat gələ bilmələri üçün hər şey düşünülüb”. Xatırladaq ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-u, saat 23:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...