Gürcüstanın nazir müavini: "Növbəti görüş ekspertlər səviyyəsində keçiriləcək"

Gürcüstanın nazir müavini:
Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının növbəti görüşü ekspertlər səviyyəsində baş tutacaq. ONA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia deyib.

O bildirib ki, iclasdan öncə həll edilməli olan məsələlər var. "Komissiya toplanacaq və tərəflər bir-birinin mövqeyini müzakirə edəcək. Əsas məqsəd planlaşdırılmamış 14 bölmə üzrə razılaşma əldə etməkdir", - deyə Laşa Darsalia bildirib. Nazir müavini növbəti görüşün bir ay ərzində baş tutacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...