“Palmali”-nin direktorunun istintaqı tamamlandı, məhkəməyə göndərilir

“Palmali”-nin direktorunun istintaqı tamamlandı, məhkəməyə göndərilir

Rusiya İstintaq Komitəsinin nəqliyyatda istintaq idarəsinin istintaq qrupu Rostovda qeydiyyatdan keçmiş və hazırda ləğvetmə mərhələsində olan “Palmali” MMC-nin direktorunun işini məhkəməyə göndərib.

Virtualaz.org İstintaq Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, direktor Aleksey Mixelev vergidən yayınmaqda, vəsaitləri və ya əmlakı vergidən yayınmaq üçün gizlətməkdə (Rusiya Cinayət Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsinin “b” bəndi, 199.2 maddəsinin 2-ci bəndi) ittiham olunur.

“Palmali”-nin direktorunun istintaqı tamamlandı, məhkəməyə göndərilir


“Palmali” MMC azərbaycanlı biznesmen Mübariz Mənsimovun İstanbulda mənzillənmiş “Palmali” şirkətlər qrupunun törəmə şirkətidir. Bu şirkət məhkəmə qərarı ilə müflis elan edilib və hazırda əmlakı hərrac yolu ilə satılaraq pulu kreditorlara (əsas kreditor “Sberbank”dır) ödənilir. “Sberbank” şirkətə qarşı 13 milyard rubl borc iddiası qaldırıb. Lakin kreditorlar sırasında Maltdada qeydiyyatdan keçmiş “Palmali Holding” (3.7 milyard rubl tələb edir), Vest-İndia ada dövlətində qeydiyyatdan keçmiş “Palmali Shipping” (1.1 milyard rubl tələb edir) və Türkiyədə qeydiyyatdan keçmiş “Palmali Denizçilik və Ajentelik” (1.2 milyard rubl tələb edir) şirkətləri də yer alır. Maraqlıdır ki, həmin şirkətlərin hər üçünün sahibi Mübariz Mənsimovdur.

“Palmali”-nin direktorunun istintaqı tamamlandı, məhkəməyə göndərilir


İstintaqın versiyasına görə təqsirləndirilən direktor Rostovun Lenin rayonu üzrə vergi idarəsinə “Palmali” MMC-nin gəlirlərinə dair yalan məlumatlardan ibarət bəyannamə təqdim edib, həmin bəyannamədə 2010-2011-ci illərdə şirkətin su nəqliyyatı ilə yükdaşımalardan əldə etdiyi gəlirin məbləği azaldılıb. Nəticədə 122 milyon rubl büdcədən yayındırılıb.

Habelə direktor “Palmali” MMC-dən məcburi tutulmalı olan pul vəsaitlərini gizlətmək məqsədi ilə özünün kontragentlərindən birinə 17.5 milyon rubl vəsaitin “Palmali” MMC-nin kreditorunun hesabına köçürülməsi üçün maliyyə sənədləri hazırlayıb göndərib. Bununla da Rusiya qanunvericiliyinə uyğun olaraq şirkətdən məcburi tutulmalı olan vəsaiti gizlədib.

İstintaq tərəfindən kifayət qədər sübut bazası toplanıb, bununla bağlı olaraq cinayət işi ittiham aktının təsdiq olunması və daha sonra baxılmaq üçün məhkəməyə təqdim edilməsi üçün prokurora göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...