Xarici ali təhsil ixtisaslarının tanınması müvəqqəti olaraq dayandırılacaq

Xarici ali təhsil ixtisaslarının tanınması müvəqqəti olaraq dayandırılacaq


Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

BAKU.NEWS xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

“Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək. Qeyd edilən müddət ərzində istisna hal olaraq yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə fasiləsiz olaraq baxılması üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər”, - Nazirlikdən bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...