Millət vəkili Milli Məclisdə Bozqurd salamı göstərdi – FOTO/VİDEO

Millət vəkili Milli Məclisdə Bozqurd salamı göstərdi –

İyunun 20-də Azərbaycan Milli Məclisində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü sessiyası keçirilib. Açılış mərasimində Milli Məclisin sədri Oqtay Əsədov giriş nitqi söyləyib.

Gundeminfo.az xəbər verir ki, sessiyada Türkiyəni təmsil edən parlamentarlardan MHP-çi millət vəkili Cemal Enginyurt özünəməxsus ənənəsini bu dəfə də nümayiş etdirib. Belə ki, dünyanın bir çox ölkələrində tarixi yerlərdə bozqurd işarəti göstərən və ya Bozqurd kimi ulayan Cemal Enginyurt Azərbaycan Milli Məclisində də adətinə sadiq qalıb. O, iclas salonunda əli ilə Bozqurd işarəti tutaraq foto çəkdirib.

Xatırladaq ki, Engin bəy Tanrı dağlarında Bozqurd kimi ulaması ilə yadda qalıb. Həmin videonu da təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...