İsveçdə plastik stəkanlar qadağan edilir

İsveçdə plastik stəkanlar qadağan edilir
İsveçdə qida məhsulları üçün plastik stəkanların və konteynerlərin satışını qadağan etmək istəyirlər.

Krallığın Ətraf Mühit naziri İzabella Lövin bildirib ki, İsveç hökuməti qida məhsulları üçün plastik stəkanların və konteynerlərin qadağan edilməsi haqqında məsələni nəzərdən keçirmək istəyir. Onun sözlərinə görə, bu, Aİ-nin birdəfəlik plastik qablar barədə direktivinə münasibətdə irəliyə doğru atılmış daha bir addımdır.

AZƏRTAC İsveç KİV-lərinə istinadla bildirir ki, qadağaya dair layihə hakim Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası tərəfindən işlənib hazırlanır və artıq Mərkəz Partiyası və Liberal Partiya ilə razılaşma əldə olunub. Hazırda qadağanın iqtisadiyyata təsiri mövzusunda hökumət araşdırması aparılır.

Avropa Parlamenti ötən ilin sonunda çubuq, çəngəl-bıçaq, boşqab kimi plastik məmulatın 2021-ci ilə qədər qadağan edilməsinə səs verib. Lakin İsveç daha irəli getmək və ətraf mühitə ziyan vuran başqa plastik məhsulların, o cümlədən stəkanların və konteynerlərin istifadəsini məhdudlaşdırmaq istəyir.

İzabella Lövin deyib: “Biz hamımız başa düşürük ki, təbii şəraitdə yüzlərlə il qalıb çürüməyən materialın cəmi bir dəfə istifadə olunub tullanması qəbuledilməz haldır. Biz yeni dayanıqlı sistem tapmalıyıq”. Onun sözlərinə görə, plastik məmulat kağız kimi alternativ materialla əvəzlənə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...