Prezident İlham Əliyev monqolustanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev monqolustanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...