Fazil Məmmədov Almaniyaya aparıldı, əməliyyat olundu – SON DURUMU

Fazil Məmmədov Almaniyaya aparıldı, əməliyyat olundu –
Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və xəstəliyindən əziyyət çəkir.

Bildirilir ki, iyul ayının əvvəlindən Almaniyada olan olan keçmiş nazir ayın 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda vəziyyəti stabildir.

Həkimlər bildirib ki, o daimi həkim nəzarətində olmalı, mədəaltı vəziyə yığılan iltihab vaxtaşırı təmizlənməlidir.
Buna görə də, keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.

Qeyd edək ki, F.Məmmədov eyni problemlə Gəncə Beynəlxalq Xəstəxanasında da müalicə qəbul etmişdi. Görünür, Azərbaycanda aldığı müalicə sabiq nazirin səhhətinin düzəlməsi üçün yetərli olmayıb və o, Almaniyada əməliyyata yollanıb.

Keçmiş nazirin səhhətində kəskin pankreatit xəstəliyi səbəbindən tez-tez iltihab yaranır. Müalicə prosedurları ilə daxili orqanlarda yaranan həmin iltihab mütəmadi təmizlənsə də, bu prosedur yetərli olmayıb və əməliyyata zərurət yaranıb.

Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...