“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir

“Lotu Quli”nin əsas düşməni həbs edildi -
Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.


“Gundeminfo” bildirir ki, bu barədə “RİA Novosti” Basman rayon məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verib. “Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.

Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.

Xatırladaq ki, bir müddət əvvəl “Ura.ru” portalı “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada “Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...