Merkel titrəməyə görə istefa verəcək?

Merkel titrəməyə görə istefa verəcək?
Almaniya kansleri səhhətindən dolayı istefa verməyi düşünmür.

Axar.az xəbər verir ki, bu sözləri federal kanslerin mətbuat xidmətinin rəhbəri Helqe Braun deyib. O bildirib ki, Merkel özünü yaxşı hiss edir və səlahiyyət müddətinin sonuna, yəni 2021-ci ilə qədər vəzifəsini icra etməyi düşünür.

Qeyd edək ki, Angela Merkelin Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ilk dəfə titrədiyi kameraya düşmüşdü. İkinci dəfə bu hal yeni Ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunmuşdu.

Sonuncu dəfə isə Merkel Finlandiya Baş nazirinin rəsmi qarşılanma mərasimində titrəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...