"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?"

"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?"

Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küç.,26 ünvanda yaşayan SOCAR işçisi olmuş 3 uşaq atası (əlil) Ağəliyev Şahin Samil oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvvəcə bidirim ki, mən 2005-ci idən SOCAR-da 5-ci dərəcəli çlingər vəzifəsində işləmişəm.1995-ci ildən Xətai rayonun NZS qəsəbəsində qardaşımın evində 5 nəfərlik ailəmlə indiyədək kirayədə yaşamışam. Övladımın biri əlildir. Yaşadığım yerin yanında qonşular kimi mən də ev tikmək üçün 4 sot torpaq sahəsini hasarlayıb bağ kimi istifadə edirdim. Həmin ərazidən istifadə etmək üçün SOCAR-a yazdığım ərizəyə 2009-cu ildə cavab olaraq bildirdilər ki, ərazi sənaye obyekti olduğu üçün şəxsi istifadəyə vermək olmaz. Lakin yataqxana veriləcəkdir.O zaman SOCAR Neft kəmərləri İdarəsi rəisi Zöhrab da mənə söz verdi ki, narahat olma əgər sənin 4 sot torpağından kimsə şəxsi məqsəd üçün istifadə etsə, səninlə hesablaşacaq, halallıq alacaqlar.Budur, bir neçə gün əvvəl Xətai rayonun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərcinlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsini isə eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir.Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikmişlər. Tezliklə öyrəndim ki, mənə məxsus olan 4 sot torpaq sahəsinin Yusif adlı şəxs tərəfindən zəbt olunduğunu və SOCAR –ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını bildim. Yusif mənə bildirmişdir ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get, Zöhrabla haq-hesabını çək!. Etizaımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun və dostum 1-ci qrup Qarabağ Müharibəsi əlili Daşdəmirin yanında etiraf etmişdir ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. İkisinə isə 500000 AZN. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır (adlarını çəkmədi). Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə!, Yoxsa səni atacaqlar içəri. Bildinmi?” Əgər mən bir SOCAR işçisi kimi bu torpaqdan qonşuluqda olan başqaları kimi 20 ildir ki, ev tikmək üçün istifadə edə bilmirdimsə, onda bu kənar şəxslər ( Yusif, İlqar və onun arxasında duran generallar) necə olur ki, SOCAR ın sənaye kateqoriyalı ərazisinə milyonlar verib sənəd ala bilirlər, elektrik dirəklərini özbaşına yarım milyon rüşvət verib yerini dəyişdirirlər, torpağı hasarlayıb ildırımsürətilə hansısa obyektin tikintisinə başlayırlar? Doğrudanmı ölkədə bu dərəcədə dərəbəylik baş alıb gedir?. Xatırladım ki, Babək prospektinin həmin ərazisində 1 sot torpağın qiyməti 100000 manatdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, torpağı adı hələlik bizə məlum olmayan generallara satan SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab bir neçə il əvvəl Xətai rayon İcra Hakimiyyəti başçısısnın 1-ci müavini, əslən Gürcüstandan olan Zaməddin müəllimə qarşı fiziki kobudluq etdiyinə görə şəxsən SOCAR vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən işdən qovulmuşdur. İndi necə olur ki, həmin Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını və baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını və abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılmasını istəyirəm".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...