Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı - FOTOLAR

Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı -

Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda sərbəst hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirlib.

Trend-in məlumatına görə, sərbəst hərəkətlərdə birinci yeri ukraynalı idmançı Nazar Şepurnıy (14,300 xal), ikinci yeri yenə ukraynalı gimnast İlya Kovtun (14,000 xal), üçüncü yeri isə rusiyalı atlet İvan Kulyak (13,966 xal) tutub.
Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı -
Ukraynalı gimnast EYOF Bakı 2019-da qızıl medal qazandı -

Azərbaycanlı gimnast Səməd Məmmədli isə sərbəst hərəkətlərdə 13,733 xal toplayaraq altıncı yeri tutub.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...