Atambayevin 120 adda əmlakına həbs qoyuldu

Atambayevin 120 adda əmlakına həbs qoyuldu

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib.

O deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.

Xatırladaq ki, 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik etmiş Almazbek Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...