Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürüldüyü barədə məlumat yayılıb.

Məlumata görə, küçəyə uzun illər SSRİ Dövlət Plan Komitəsinə rəhbərlik etmiş bakılı Nikolay Baybakovun adı verilib.

Modern.az saytı məsələ ilə bağlı Sabunçu rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov saytımıza açıqlamasında yayılan məlumatlarla tanış olduqlarını, ancaq həqiqəti əks etdirmədiyini bildirib:

“Bakının Sabunçu rayonu ərazisində perpendikulyar küçələr var. Həmin küçələrdən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Rəsulzadənin adını daşıyan küçə hazırda da mövcuddur. Bizə də bir neçə vətəndaş küçədən Rəsulzadənin adının götürülməsi ilə bağlı müraciət edib. Məlumat üçün deyim ki, küçədən Rəsulzadənin adı götürülməyib”.

Qəsəbə nümayəndəsi Baybakovun adını daşıyan küçənin yeni olduğunu deyib:
“Bakının Sabunçu rayonu ərazisindəki küçələrdən birinə bu yaxınlarda Nikolay Baybakovun adı verilib. Baybakovun adı verilən lövhəni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gətirib küçəyə asıb. Hazırda həm Rəsulzadənin, həm də Baybakovun adını daşıyan küçələr mövcuddur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...