Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu - Yeməkdən zəhərləniblər

Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu -

Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Çeşməli kəndində baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər:

"Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar".

Nazirlikdən qeyd edilib ki, xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...