42.5 milyard dolları idarə edən Şahmar Mövsümov riskləri xoşlayır

42.5 milyard dolları idarə edən Şahmar Mövsümov riskləri xoşlayır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz portfelində riskli aktivləri daha da artırmaq niyyətindədir. Bu barədə sentyabrın 26-da Bakıda işə başlayan “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

O qeyd edib ki, ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir: “Lakin buna baxmayaraq, 2012-ci ildən Neft Fondu öz aktivlərində müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb. Bunlar özəl səhmlərin artırılması, daşınmaz əmlak investisiyaları və qızıl investisiyalardır. Fondun bu günə olan aktivləri təxminən 42,5 milyard dollara yaxınlaşır. Gələcəkdə də biz riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada əsas məsələ portfeldə sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin artırılmasıdır. Bununla bağlı da müvafiq təkliflər veriləcək”. ("Azərtac")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...