Bakıda 22 yaşlı tanışını küçədə öldürən şəxsə 13,6 il cəza verildi

Bakıda 22 yaşlı tanışını küçədə öldürən şəxsə 13,6 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.NEWS-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə K.Səttarlı 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...