Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi: "Şərəfini ləkələyən..."

Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi:

Milli Qəhrəman Mübariz İbrahimov haqda status yazan psixoloq Nərmin Şahmarzadənin məhkəmə prosesi davam edir.

Nərmin Şahmarzadəni məhkəməyə Milli Qəhrəmanın anası Şamama İbrahimova verib. M.İbrahimovun anası, psixoloqun həbsini tələb edən Şamama İbrahimovanın məhkəmə iddiası əsasında keçirilib.

Xüsusi ittiham qaydasında iddia qaldıran Şamama İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir.

İşə Xətai rayon Məhkəməsində baxılır.

Sonuncu məhkəmə iclasında ekspertiza təyin edilmişdi.

Ekspertiza N.Şahmarzadənin feysbukda yazdığı fikirlərdə böhtan və təhqirin olub-olmamasını müəyyən etməli idi.

Artıq ekspertizanın təyini məlumdur.

Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi belə nəticəyə gəlib ki, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.

Xatırladaq ki, N.Şahmarzadə sosial şəbəkədə Milli Qəhrəman barəsində “Öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" kimi fikirlər yazmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...