Həkim və tibb bacısı ayyarımlıq Nuranı ömürlük şikəst qoydu — VİDEO

Həkim və tibb bacısı ayyarımlıq Nuranı ömürlük şikəst qoydu —

Azərbaycanda həkim və tibb bacısının səhlənkarlığı üzündən ayyarımlıq körpənin bir əlindəki bütün barmaqlar kəsilərək ömürlük şikəst edilib.

Gundeminfo.az baku.ws-ə istinadən xəbər verir ki, 21.07.2019 tarixli Nuran Xəzər oğlu Əliyev Gəncə Regional Perinatal Mərkəzdə 7 aylıq dünyaya gəlib.

Doğulandan 10 gün sonra qoluna sistem köçürmək üçün "vozaxist" qoyulub. Bərk sıxılıb və 7 gün ərzində dəyişilməyib. Nəticədə körpənin barmaqları qanqrena olub və 5 barmağı kəsilib.

Nuran ailənin ilk övladıdır.

Goranboy rayonunda yaşayan ata və ana bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Valideynlər həmin xəstəxananın həkimi Zülfiyyə Ramiz qızı Yusifovadan və tibb bacısı Bahar Xalis qızı Əsədovadan şikayətçidir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...