Polis valiydenlərindən vətəndaşlara təsirli müraciət - VİDEO

Polis valiydenlərindən vətəndaşlara təsirli müraciət -

Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.

Azvision.az -ın məlumatına görə, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər.

1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar.

"Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar", - deyən məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...