Azərbaycanda restoranlar nərə balığı adı ilə nə satır? – Nazir ehtiyatlı olmağa çağırdı

Azərbaycanda restoranlar nərə balığı adı ilə nə satır? –

"Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur".

Gundeminfo.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər balıq məhsulunun nərə balığı adı ilə verilməsi halları var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdırlar”.

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır: “Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...