“20 Yanvar qırğınının əsas təşkilatçısının sərgisi nəyə lazım idi?” - Deputatdan sərt reaksiya

“20 Yanvar qırğınının əsas təşkilatçısının sərgisi nəyə lazım idi?” -

Deputatdan sərt reaksiya: “20 Yanvar qırğınının əsas təşkilatçısının sərgisi nəyə lazım idi?”

Milli Məclisin deputatı, “İstiqlalçı deputat” Tahir Kərimli Bakıda Yevgeni Primakovla bağlı sərgi keçirilməsini pisləyib.

Deputat Oxu.Az-a açıqlamasında deyib ki, bu cür sərgilər keçirilərkən Azərbaycan xalqının maraqları nəzərə alınmalı idi.

“Primakov kimi bir adamın sərgisinin keçirilməsi nəyə lazım idi? O, 20 Yanvar qırğınının əsas təşkilatçılarından biri olub”, - deyə T.Kərimli deyib.

Milli Məclis üzvü qeyd edib ki, Y.Primakov Azərbaycana xalqına qarşı olub.

“Biz müstəqilliyimizin bərpası üçün nə qədər şəhid vermişik. Meydanlarda olmuşuq. Mən o zaman Mixail Qoraçov barəsində ölüm hökmü çıxarmışdım. İndi isə Qorbaçovun siyasətini həyata keçirən Primakovla bağlı sərgi keçirilir”.

Deputat əlavə edib ki, Y.Primakovun 90 illiyi münasibətilə Bakıda sərgi keçirilməsini kəskin şəkildə pisləyir.

Y.Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), Xarici İşlər naziri (1996-1998) və Baş nazir (1998-1999) işləyib. O, 2015-ci ildə vəfat edib.

Y.Primakov 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ Müdafiə naziri Dmitri Yazovla birgə həyata keçirən şəxsdir.

Qeyd edək ki, oktyabrın 29-da Y.Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib.

Sərgi Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində baş tutub. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.

Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib.

Həmin tələbələr Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alırlar.

Görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Bu da ciddi etirazlara səbəb olub.

BSU isə məlumat yayıb ki, mətbuatda reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib.

“Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda, BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır”, - deyə universitet bəyan edib.

Qeyd olunub ki, universitetin yazı müsabiqəsinin qalibi olmuş tələbələri Rusiya səfirliyinin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər:

“BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.

Eyni zamanda, BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...