Gürcüstan nömrəli maşınların aqibəti necə olacaq? - Səfər Mehdiyevdən vacib açıqlamalar

Gürcüstan nömrəli maşınların aqibəti necə olacaq? -

“Qanunvericiliyimizdə hər hansı dəyişiklik baş verməyib. Sadəcə biz işbazların qarşısını almışıq. 305 saylı qərarın 4.3 maddəsində açıq və net yazır ki, xarici avtomobil vasitələri qeyri-rezidentlər, Azərbaycan vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitəsilə gəldiyi zaman 1 gündən 90 günədək gəlişinin səbəbi göstərilmək şərtilə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilər. Bundan sonrakı 1 il müddətinə uzadılma o zaman baş verə biər ki, qeyri-rezidentin, fiziki şəxsin AR-da işlədiyi onun vizasının vaxtını təsdiqedici sənədlər əsasında mümkündür”.

Bunun Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda təşkil olunan mətbuat konfransında deyib. O, son günlər gündəmə çevrilən Gürcüstan nömrəli maşınlarla bağlı danışıb:

“Bu gün bu mövzunun gündəm olmasına səbəb bəzi qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldığımızdır. Eyni nəqliyyat vasitələri 90 günü başa çatdıqdan sonra qonşu ölkələrdən keçərək yenidən nəqliyyat vasitələrinin nömrələrini dəyişərək qanunun tətbiqini ağırlaşdıracaq şəkildə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil edib istismar etmək istəyirlər. Bu avtomobillərin Avro4 standartlarına da uyğun olmadığına görə ekoloji tarazlığı təmin etmək məqsədilə tənzimləmə mexanizmasına başlamışıq. Bu zamanda informasiya texnologiyalarının üstünə verərək fiziki şəxslərin adları və pin kodları sistemə daxil edilməklə, bu fiziki şəxsin adına hansı nəqliyyat vasitəsinin gətirilməsi önəmli deyil.

Əsas olan qeyri-reident olmasıdır. Qeyri rezidentlər, turistlər 30 gün ərzində nəqliyyat vasitəsi ilə ölkə əraziaində rüsum vergi ödəmədən rahat hərəkət edə bilər. Amma hər hansı qeyri-rezidentin Azərbaycan ərazisində iş yeri varsa, fəaliyyəti varsa, o tamamilə başqa qanunveriliklə tənzimlənir. Həmin nəqliyyat vasitələrinə sarı nömrələr verilir.

Burada məqsəd digər ölkələrə məxsus olan nəqliyyat vasitələrinin gəlib Azərbaycanda digər xidmətlərlə məşğul olmalarıdır. Xüsusilə də, taksiçiliklə və digər daşımalarla məşğul olurlar. Onların heç birisinin sığortalanması və qarşıya qoyduğu təminat yoxdur. Sadəcə sistem dəyişilib, artıq bu işlərlə insanlar deyil, avtomatlaşdırılmış sistem məşğul olur”.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

Dövlət Gömrük Komitəsindən (DGK) yayılan açıqlamada da bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.

Gürcüstan nömrəli maşınların aqibəti necə olacaq? - Səfər Mehdiyevdən vacib açıqlamalar

“Qanunvericiliyimizdə hər hansı dəyişiklik baş verməyib. Sadəcə biz işbazların qarşısını almışıq. 305 saylı qərarın 4.3 maddəsində açıq və net yazır ki, xarici avtomobil vasitələri qeyri-rezidentlər, Azərbaycan vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitəsilə gəldiyi zaman 1 gündən 90 günədək gəlişinin səbəbi göstərilmək şərtilə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilər. Bundan sonrakı 1 il müddətinə uzadılma o zaman baş verə biər ki, qeyri-rezidentin, fiziki şəxsin AR-da işlədiyi onun vizasının vaxtını təsdiqedici sənədlər əsasında mümkündür”.

Bunun Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda təşkil olunan mətbuat konfransında deyib. O, son günlər gündəmə çevrilən Gürcüstan nömrəli maşınlarla bağlı danışıb:

“Bu gün bu mövzunun gündəm olmasına səbəb bəzi qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldığımızdır. Eyni nəqliyyat vasitələri 90 günü başa çatdıqdan sonra qonşu ölkələrdən keçərək yenidən nəqliyyat vasitələrinin nömrələrini dəyişərək qanunun tətbiqini ağırlaşdıracaq şəkildə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil edib istismar etmək istəyirlər. Bu avtomobillərin Avro4 standartlarına da uyğun olmadığına görə ekoloji tarazlığı təmin etmək məqsədilə tənzimləmə mexanizmasına başlamışıq. Bu zamanda informasiya texnologiyalarının üstünə verərək fiziki şəxslərin adları və pin kodları sistemə daxil edilməklə, bu fiziki şəxsin adına hansı nəqliyyat vasitəsinin gətirilməsi önəmli deyil.

Əsas olan qeyri-reident olmasıdır. Qeyri rezidentlər, turistlər 30 gün ərzində nəqliyyat vasitəsi ilə ölkə əraziaində rüsum vergi ödəmədən rahat hərəkət edə bilər. Amma hər hansı qeyri-rezidentin Azərbaycan ərazisində iş yeri varsa, fəaliyyəti varsa, o tamamilə başqa qanunveriliklə tənzimlənir. Həmin nəqliyyat vasitələrinə sarı nömrələr verilir.

Burda məqsəd digər ölkələrə məxsus olan nəqliyyat vasitələrinin gəlib Azərbaycanda digər xidmətlərlə məşğul olmaları xüsusilə də, taksiçiliklə və digər daşımalarla məşğul olur. Onların heç birisinin sığortalanması və qarşıya qoyduğu təminat yoxdur. Sadəcə sistem dəyişilib, artıq bu işlərlə insanlar deyil, avtomatlaşdırılmış sistem məşğul olur”.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

Dövlət Gömrük Komitəsindən (DGK) yayılan açıqlamada da bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...