Aksiyalara külli miqdarda pullar xərclənib - Xamenei

Aksiyalara külli miqdarda pullar xərclənib -

İran xalqı sui-qəsdin qarşısını ala bildi.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini Əli Xamenei deyib.

“İran xalqı dərin və çox təhlükəli sui-qəsdin qarşısını ala bildi. Xarici qüvvələr tərəfindən buna pullar xərclənib. Onlar çalışırdılar ki, uyğun andan istifadə edib, destruktiv hərəkətə başlasınlar”, – deyə o bildirib.

Qeyd edək ki, İranda 15 noyabrda benzinin qiyməti üçqat bahalaşıb. Buna etiraz edən çoxsaylı aksiyaçı küçələrə çıxıb.

İranın əksər şəhərlərini əhatə edən aksiyalara hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxiləsi nəticəsində 106 nəfərin öldüyü, yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Bəzi məlumatlara görə, alənlərin sayı 200-dən çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...