Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb - SİYAHI

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb -
Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb.

"Report" xəbər verir kİ, dəyişikliklərdən sonra NK-da Baş Nazirin I müavinin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Aparat rəhbərinin xidməti yaradılıb.

Bundan başqa, iqtisadiyyat, xarici iqtisadi əlaqələr, beynəlxalq əməkdaşlıq şöbələri təsis olunub.

Hüquq şöbəsi ləğv edilərək onun yerində Hüquq və qanunvericilik şöbəsi təsis edilib. Həmçinin Humanitar və Sosial məsələlər şöbəsi iki ayrı şöbəyə ayrılaraq onun yerində Sosial məsələlər və humanitar məsələlər şöbələri yaradılıb.

NK-nın beynəlxalq əlaqələr şöbəsinin adı dəyişdirilərək beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.

NK-nın Regionların inkişafı, Kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi də ləğv olunub. Onun yerində Aqrar və ekologiya şöbəsi və Regionların inkişafı şöbəsi təsis edilib.

Sənaye və energetika məsələləri şöbəsinin adı dəyişdirilərək Sənaye və energetika şöbəsi adlandırılıb.
NK-nın kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi də ləğv olunub. Onun yerində isə Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi təsis edilib.

Hökumətin Təhlükəsizlik və müdafiə şöbəsinin adı da dəyişdirilib və əvəzinə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...