Sabir Rüstəmxanlı Yardımlını niyə seçmədi? - VHP sədri 61 saylıdan seçkiyə qatılacaq

Sabir Rüstəmxanlı Yardımlını niyə seçmədi? -
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı namizədliyini əvvəlcə 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irə sürsə də, sonradan fikrini dəyişib.

Yenisabah.az-a daxil olan məlumata görə, VHP sədri 61 saylı Neftçala seçki dairəsindən deputat olmaq qərarına gəlib.

Məlumat üçün deyək ki, ötən seçkilərdə bu dairədən Arif Rəhimzadə deputat seçilib. Onun növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Bu, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısını açıqlayandan sonra bəlli olacaq. Əgər siyahıda Arif Rəhimzadənin adı olacaqsa, o zaman Sabir Rüstəmxanlı ilə onun arasında gərgin mübarizənin şahidi olacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...