YAP-ın namizədlər siyahısı- BİR AZDAN İDARƏ HEYƏTİNİN İCLASI BAŞLAYACAQ

YAP-ın namizədlər siyahısı-
Partiyamızın namizədlər siyahısının açıqlanması çox böyük ehtimalla bu gün, dekabrın 25-də baş tutacaq. Əgər fövqəladə bir şey baş verməsə, bu gün məsələyə nöqtə qoyulacaq, kimin namizəd olduğu, hansı dairədən getdiyi məlum olacaq, kimlərin də, xüsusilə, YAP-çı deputatların, siyahıdan kənarda qaldığı bilinəcək.

Bunu Etikxeber.az-a adının açıqlanmasını istəməyən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının tanınmış və nüfuzlu üzvlərindən biri deyib.

“Ehtimal olunurdu ki, siyahı 24-ü-axşamüstü açıqlansın, amma açıqlanmadı. Amma böyük ehtimalla bu gün açıqlanacaq. Seçkilərə vaxt az qalır, artıq bütün partiyalar öz namizədlərini açıqlayıblar. Bizim də açıqlamamağımız üçün elə bir əsas qalmır. Bu baxımdan, bu gün məsələyə nöqtə qoyulması gözlənilir. Siyahıda sürprizlərin olması da istisna deyil”-deyə, adının açıqlanmasını istəməyən mənbə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...