Nizaməddin Quliyevin hakim oğlunun “işləri” nə yerdədir...

Nizaməddin Quliyevin hakim oğlunun “işləri” nə yerdədir...

Ağstafa rayonunun keçmiş icra hakimiyyəti başçısı, bu günlərdə DTX tərəfindən həbs edilmiş Nizaməddin Quliyevin ədliyyə və prokurorluq sistemlərində işləyən-ədalətin təmin edilməsinə və korrupsiyaya cavabdeh olan oğlanlarının sonrakı aqibəti yerli medianın gündəmindədir.

Virtualaz.org xəbər verir ki, bu gün bəzi KİV-lər Nizaməddin Quliyevin Nərimanov rayon Məhkəməsində hakim işləyən oğlu Ramin Quliyevin “işlərdən kənarlaşdırıldığı” haqda xəbərlər yayıblar. Xəbərlərə görə korrupsioner-rüşvətxor keçmiş başçının oğlu hələ də hakim vəzifəsində qalır, amma onun icraatında olan işlər əlindən alınıb və baxılmaq üçün başqa hakimlərə verilib.

Nizaməddin Quliyevin hakim oğlunun “işləri” nə yerdədir...


Lakin e-mehkeme.gov.az elektron məhkəmə portalında araşdırma aparanda məlum olur ki, hakim Ramin Quliyevin icraatında ən azından gələn ilin ilk aylarında baxılması nəzərdə tutulan çoxsaylı mülki işlər var. Hərçənd dekabrın son günləri üçün baxılacaq işlər arasında onun icraatında olan işlərə rast gəlinmir. O cümlədən dekabrın üçüncü ongünlüyündə hakim Quliyevin adı işlərə baxan hakimlər arasında yer almır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...