Daha bir namizəd seçki qanununu pozur - Diaspor rəhbəri qardaşını vaxrından əvvəl təbliğ etdirir...

Daha bir namizəd seçki qanununu pozur -

Özbəkistan Respublikasında yaşayan azərbaycanlıların diasporasının fəxri sədri, Dünya azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, iş adamı kimi tanınan Mobil Məmmədovun kiçik qardaşıdır Habil Məmmədov 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürüb. O da digər namizədlər kimi xalqın təmsilçisi olmaq üğrunda mübarizəyə başlayıb. Burda qeyri-adi heç bir şey yoxdur və biz Habil Məmmədova seçki kampaniyasında uğurlar arzulayırıq.

Lakin seçki ədalət və bərabərlik prinsipinə dayanan bir demokratik prossesdir və bu prossesdə qanunlara hörmətlə yanaşmaq, eyni zamanda gələcək deputatın xalqı necə təmsil edəcəyini də indidən ortaya qoymaqdadır. Bir çox namizədlər sosial şəbəkələrdə və internet resurslarında vaxtından əvvəl təşviqat kampaniyasına başlarıblar ki, bu da qanunun kobud şəkildə pozulmasıdır. Belə namizədlərdən biri də Özbəkistanda yaşayan iş adamı, diaspor nümayəndəsi Mobil Məmmədovun kiçik qardaşıdır Habil Məmmədovdur.

Aşağıdakı şəkildən də gördüyünüz kimi, Habil Məmmədov seçkiqabağı təşviqat başlamışdan özünü tərəfdarlarına təbliğ etdirir. Daha doğrusu, bu işi əlaqələrindən yararlanan qardaşı etdirir. Halbuki bu, seçki qanunverciliyinin ciddi pozuntusu, ayaqlar altına atılmasıdır.

Qanunun tələbəinə əsasən, namizədin qeydə alındığı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinnin Dairə Seçki Komissiyası ona ciddi xəbərdarlıq etməli, qanun pozuntusu davam edərsə, namizədliyini ləğv etməlidir.
pia.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...