Moskvada idman yarışları qadağan oluna, stadionlar bağlana bilər

Moskvada idman yarışları qadağan oluna, stadionlar bağlana bilər

Rusiyanın paytaxtı Moskvada şəhər meriyası koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır.

"Report" "Championat"a istinadən xəbər verir ki, bununla bağlı iki variant üzərində iş gedir.

A planında profilaktik tədbirlər nəzərdə tutulub. Burada Rusiya paytaxtında fevralın 28-dən sonra keçirilən bütün beynəlxalq idman tədbirlərinin müəyyən müddətə qədər təxirə salınmasından bəhs olunur. B planında isə idman yarışlarına qadağa qoyulması, stadionların, idman meydançalarının bağlanması qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində 811 nəfər koronavirusa yoluxmada şübhəli bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...