ABŞ-da koronavirusa yoluxanların sayı artdı

ABŞ-da koronavirusa yoluxanların sayı artdı

ABŞ-ın Kaliforniya ştatında daha 2 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
“Report” yerli “Fox 11” telekanalına istinadən xəbər verir ki, hər iki hal Kaliforniyanın Los-Anceles şəhərində qeydə alınıb.
Məlumata görə, yoluxan şəxslər 60 yaşlı kişi və 30 yaşlı qadındır. Onlar koronavirusun geniş yayıldığı yerlərə səyahət ediblər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 191-ə çatıb. Bunların 50 976 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...