Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub

Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub


Avropa İttifaqının (Aİ) rəsmisi koronavirusa yoluxub.

APA-nın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sözçüsü Dana Spinant bildirib.

O deyib ki, koronavirusa yoluxan şəxs Brüsseldə Aİ-nin Müdafiə Agentliyində çalışır və bu yaxınlarda İtaliyadan qayıdıb.

Həmin şəxs İtaliyadan qayıtdıqdan sonra səfərin yekunu və nəticələri ilə bağlı Aİ-nin 30 rəsmisi ilə 4 saatlıq görüş keçirib.

Ötən həftənin şənbə günü koronavirusa yoluxan şəxsin vəziyyəti pisləşib və ondan götürülən analizin cavabı müsbət çıxıb.

D. Spinant qeyd edib ki, Aİ-nin Müdafiə Agentliyinin bu həftəyə planlaşdırılan bütün iclasları təxirə salınıb və həmin şəxslə görüşən digər rəsmilərdən də analizlər götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...