Səfirlik İran-Azərbaycan sərhədində son vəziyyəti açıqlayıb

Səfirlik İran-Azərbaycan sərhədində son vəziyyəti açıqlayıb

“Son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb. Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir”.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidir. Koronavirusa yoluxma halları qeydə alınarsa, onlar karantinə alınacaqlar. Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir”, - deyə qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...