Dünyada koronavirusa yoluxanların sayı 102 minə çatır - ÜTT

Dünyada koronavirusa yoluxanların sayı 102 minə çatır -
Dünyada yeni növ koronavirusa yoluxan insanların sayı 100 mini keçib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

“Dünyada təsdiqlənmiş 101 827 hal var, 3 484 nəfər ölüb. Bu məlumat dekabrın 31-dən Cenevrə vaxtı ilə martın 7-si saat 06:00-dək olan müddəti əhatə edir”, - o deyib.

Xatırladaq ki, İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan yayadək koronavirusun yayılmasının dayandırmasının az ehtimallı olduğunu açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...